Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir hərbi qulluqçusu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Həmçinin Xidmətin 12 hərbi qulluqçusu “Hərbi xidmətlərə görə”, 2 əməkdaşı isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilib.
Təltif olunanların siyahısı:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Rüstəmov Xanlar Kamran oğlu – polkovnik
“Hərbi xidmətlərə görə” medalı ilə
Kazımov Rəşad Vaqif oğlu – polkovnik
Qasımov Elnur Əhməd oğlu – polkovnik
Məmmədov Rövşən Kamil oğlu – polkovnik
İsmayılzadə Ruslan Faiq oğlu – mayor
Musayev Cavid Sabir oğlu – mayor
Şirinov İsrafil Salman oğlu – mayor
Şükürlü Lətif Canbağış oğlu – mayor
Vəliyev Nüsrət Musa oğlu – mayor
Yusifov Ruslan Fərhad oğlu – mayor
Nəsirov Yulət Fəxrəddin oğlu – kapitan
Niftəliyev Habil Cəfər oğlu – kapitan
Əhmədova Aygün Cahil qızı – baş leytenant
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Kərimov Məhərrəm Kərim oğlu
Zeynalov Namiq Bahəddin oğlu.